İnfiltr : Fotolarınız üçün sonsuz filtirlər

separator

Əvvəllər fotoaparatlar ilə şəkil çəkdirdiyimizdə, “necə görünürəm” deyə həyacanla gözlədiyimiz günləri xatırlayınca fotoqraf texnologiyasında gerçəkləşən bu dəyişimə insan çox da inanmır.
Daha gözəl fotolar çəkməyin DSLR aparatları ilə mümkün olduğunu düşünərkən, möhtəşəm kameraları ilə telefonlarımız foto aparatların yoxluğunu hiss etdirmir. Bunlardan əlavə bir də infiltr app-ını əlavə etdikdə, ortaya möhtəşəm foto lentlər çıxarmaq artıq hamı üçün əlçatandır. App-ın adı infiltr, “infinite filters”, yəni “sonsuz filtirlər” kəlimələrin qısaldılması ilə əldə edilmişdir. Adında deyildiyi kimi sonsuz filtir olmasa da, çox sayda filtir moduna sahibdir. 7 milyondan çox filitirə sahib olması ilə, digər filtir tətbiqlərindən fərqlənən infiltrin üstünlüklərini qeyd edəcəyik.
Programı App Store’də 1.99 usd kimi qiymətə yüklədikdən sonra, istifadə edə bilərsiz. Programı açan kimi necə istifadə edəcəyiniz haqqında qısa slayd hərəkətə keçir. Bunlardan sonra kameraya icazə verirsiz və ardıncada hansı düymələr nə üçündür qeyd edilir. Bu mesajları “başa düşdüm” düyməsinə klikliyərək ötürə bilər,ya da daha ətraflı məlumat ala bilərsiz.
Ana səhifədə əvvəlcədən çəkilmiş olan,telefonun yaddaşında olan fotolarla qarşılaşırsız.Var olan filtirlərlə istədiyiniz fotoları dəyişə bilərsiz.
Əgər foto çəkib daha sonra fotolarınızın filtir modunu dəyişdirmək istəsəniz, ana səhifədə yer alan infiltir loqolu fotoçəkmə düyməsinə klikliyərək kamera moduna keçirə bilərsiz. Fotonu çəkmədən öncə filtir əlavə etməyiniz də mümkündü. Foto çəkərkən fləşi açmaq, canlı foto çəkmək və selfie çəkmək mümkündür. Çəkim zamanı normal və ya digər modda foto çəkə bilərsiz.
App-ın ən əsas xüsusiyyətindən biri də odur ki, foto cəkiliş etdiyiniz zaman barmağınızla smartfonunuz ekranında hərəkət edərək incə düzəlişlər də edə bilərsiz. Fotolar üçün istifadə etdiyiniz filtir sistemi canlı fotolara, video kliplərə ve GIF animasiyalarına da aiddir.

Bu app-ı iOS 9.0 və ya daha sonrakı İOS yeniləmələri üçün App Store‘dən yükləyə bilərsiz.

Mənbə: feniks.az